Bəzi hüquqi və şəxsi hallar notariusun fəaliyyətinin dayandırılmasına səbəb olur.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Azərbaycan vətəndaşlığını itirən, daimi yaşamaq üçün başqa ölkəyə köçən və ya cinayətə görə məhkum olunan notariusun şəhadətnaməsi ləğv edilir.
Həmçinin əmək qabiliyyətini uzun müddət itirən, vəfat edən və ya məhkəmə tərəfindən ölmüş və ya itkin düşmüş elan edilən notariusun da fəaliyyəti başa çatır.
Bu normalar notariat institutunun etibarlılığının və hüquqi sabitliyinin təmin edilməsinə xidmət edir.
