Notarius olmaq istəyən şəxslərin qiymətləndirilməsi məqsədilə ixtisas komissiyası fəaliyyət göstərəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Komissiya beş il müddətinə yeddi nəfərdən ibarət tərkibdə formalaşdırılır.
O, namizədlərin bilik səviyyəsini qiymətləndirir və şəhadətnamənin verilməsi ilə bağlı qərarların hazırlanmasında iştirak edir.
Komissiya həmçinin xüsusi notarius köməkçilərinin namizədliyinə də baxır.
