Qiymətli metallar və qiymətli daşlar bazarında dövlətin üstünlük hüququ müəyyən olunub. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb. Dövlət qızıl ehtiyatının formalaşdırılması məqsədilə hasil olunmuş məhsulların alınmasında üstün hüquqa malikdir. Qanun həmçinin qiymətli metalların uçotu, saxlanması və daşınmasına dair qaydaların müəyyən edilməsini nəzərdə tutur. Hüquqi şəxslərin və fərdi sahibkarların daxili və xarici bazardakı fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Bununla bazarın şəffaf və təhlükəsiz fəaliyyəti təmin edilməyə çalışılır. Qanun qiymətli metallar dövriyyəsinin vahid hüquqi mexanizmini formalaşdırır.