Qiymətli metallardan hazırlanmış məmulatlarla bağlı bəzi xidmətlər dövlət rüsumuna cəlb olunacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Əyarlama və damğalanma xidmətlərinə görə dövlət rüsumu tutulacaq.
Ekspertiza və materialların tədqiqi də ödənişli xidmətlər sırasına daxildir.
Qiymətli daşların ekspertizası və diaqnostikasına görə də rüsum müəyyən edilir.
Dövlət rüsumunun məbləği qanunvericiliyə uyğun qaydada müəyyənləşdirilir.
Bu ödənişlər dövlət əyar nəzarəti sisteminin maliyyələşdirilməsinə xidmət edir.