Vergi Məcəlləsində tikililər və digər amortizasiya olunan aktivlər üzrə uçotun aparılması qaydası ayrıca göstərilib. Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb. Azalan qalıq dəyəri metodu tətbiq edilərkən binalar, tikililər və qurğular üzrə amortizasiya hər tikili üzrə ayrıca hesablanır. Düz xətt metodu zamanı isə hər amortizasiya olunan aktiv üzrə ayrıca uçot aparılır. Bu yanaşma əsas vəsaitlərin daha dəqiq uçotunun aparılmasına imkan verir.