Vergi ödəyicilərinin ümidsiz borcları və bankların xüsusi ehtiyatları ilə bağlı vergi normaları ayrıca tənzimlənir. Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb. Ümidsiz borclar mühasibat uçotunda silindikdən sonra gəlirdən çıxıla bilər. Banklar isə aktivlərin təsnifatına uyğun yaratdıqları xüsusi ehtiyatları müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər. Müflis elan olunmuş banklar üçün də xüsusi ehtiyatlarla bağlı ayrıca mexanizm nəzərdə tutulur.