Abşeron rayonunun Masazır qəsəbəsində qətl hadisəsi baş verib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə avqustun 12-də saat 22 radələrində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Sahil Nuriyev kəsici-deşici alətlə qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Masazırda törədilən qətlin təfərrüatları da məlum olub. Hadisə tatu üstündə baş verib.
Belə ki, qətlə yetirilən Sahil Nuriyevin qardaşı tatu ustasıdır.
İddialara görə, mərhumun qardaşı Hüseyn Vəliyevə tatu vurub. Lakin Hüseyn ödənişi vermək istəməyib. Buna görə tərəflər arasında mübahisə düşüb.
Nəticədə Hüseyn Sahili bıçaqlayaraq öldürüb.
