Ötən gecə paytaxtın Suraxanı rayonu ərazisində – Aeroport yolu kimi tanınan şossedə minik avtomobili ilə marşrut avtobusu toqquşub.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 150 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusla “Opel” markalı maşının toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb.

Bildirilib ki, 77JF043 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtobusla 77NE852 nömrəli “Opel”in toqquşması nəticəsində minik avtomobilinin sürücüsü Ağazadə Urfan Ülvi oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.