İsmayıllının Qubaxəlili kəndi ərazisindən keçən Şirvan kanalından meyit tapılıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
İlkin araşdırmalar zamanı suda batan şəxsin Göyçay şəhər sakini 77 yaşlı Tahir Quluyev olduğu müəyyən olub.
Faktla bağlı araşdırma aparılır.
