Tanışını qətlə yetirməkdə təqsirləndirilən Rauf Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rauf Sadıqov 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il dekabrın 26-da Xətai rayonu NZS qəsəbəsində baş verib. Şəxsi münasibətlər zəminində 1994-cü il təvəllüdlü Rauf Sadıqov 1980-ci il təvəllüdlü Ramin Qarayevi bıçaqla qətlə yetirib.
Təqsirləndirilən Rauf Sadıqov Cinayət Məcəlləsinin 120.1(Qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
