İmişlidə təkər təmiri sexində partlayış olub.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində baş verib.
Belə ki, təkər təmiri sexində “MAN” markalı yük avtomobilinin pnevmatik hava balonuna hava vurularkən balon partlayıb.
Hadisə nəticəsində Səxavət Məmmədov və Nurlan Fətəliyev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
