Qanunvericilikdə boşluqlar yarandıqda tətbiq ediləcək hüquqi mexanizm müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Konkret münasibəti tənzimləyən norma olmadıqda hüququn və ya qanunun analogiyasından istifadə edilə bilər.
İlk növbədə qanunun analogiyası tətbiq olunmalıdır.
Bu mümkün olmadıqda isə hüququn analogiyasına müraciət ediləcək.
