Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktlarının forması müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Prezidentin normativ hüquqi aktları fərman formasında qəbul edilir.
Fərmanlar Prezidentin Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində qəbul olunur.
Bu aktlar normativ tənzimləmə predmeti olan məsələləri əhatə edir.