Böyük vağzallarda layihə tapşırığına əsasən müxtəlif mədəni-maarif və ictimai təyinatlı zonaların yaradılmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Belə zonalarda muzeylər, sərgi sahələri və mühazirə zalları yerləşdirilə bilər.
Həmçinin konsert zalları və digər təyinatlı məkanların yaradılması mümkündür.
Bu sahələrin təşkili müvafiq olaraq layihə tapşırığında nəzərdə tutulmalıdır.
Zonaların və yerlərin təchizatı normativlərdə müəyyən edilmiş əlavə tələblərə uyğun həyata keçirilməlidir.