Sərnişinlərə xidmət sahələrinin konstruktiv sxemləri aşırımlarla layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Aşırımların dayaqları əsas sərnişin axınlarının hərəkətinin təşkilinə mane olmamalıdır.
Dayaqlar həmçinin funksional zonaların yerləşdirilməsinə əngəl yaratmamalıdır.
Bu zonaların ölçülərinin və sayının gələcəkdə dəyişdirilməsi mümkünlüyü də nəzərə alınmalıdır.
Belə konstruktiv həll vağzalın sərnişin hərəkətinin rahat və çevik təşkilinə imkan verməlidir.
