Vağzal binalarında insanların, o cümlədən əlilliyi olan şəxslərin yanğın zamanı xəbərdar edilməsi və təxliyəsinin idarə olunması sistemi yaradılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Siqnal nişanları “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununa və DÜİST 12.4.026-ya uyğun olmalıdır.
Yanğına qarşı mühafizə sistemlərinin elektrik təchizatı etibarlılığın birinci kateqoriyası üzrə həyata keçirilməlidir.
Təxliyə yollarının və kassa bloklarının işıqlandırılması da bu kateqoriya üzrə elektrik enerjisi ilə təmin edilməlidir.
Vağzal binasının elektrik təchizatının etibarlılıq kateqoriyaları “Elektrik qurğularının quraşdırılması Qaydaları”na uyğun müəyyən edilməlidir.