Vağzal binalarında atriumların örtük konstruksiyaları yanmayan materiallardan hazırlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Atriumların qoruyucu konstruksiyalarında boşluqlar silikat şüşə ilə şüşələnməlidir.
Atriumların daxili səthlərinin üzlənməsi də, bir qayda olaraq, yanmayan materiallardan yerinə yetirilməlidir.
Atriuma bitişik yerlərin və dəhlizlərin qoruyucu konstruksiyalarının odadavamlılıq həddi 0,75 saatdan az olmamalıdır.
Atriuma çıxan qapıların odadavamlılıq həddi isə 0,5 saatdan az olmamalıdır.