Korpuslar arasında hərbi qulluqçuların keçirilməsi üzrə əsas səlahiyyət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının korpuslararası keçirilməsi həmin orqanın səlahiyyətindədir.
Gizirlər və ştatında “mayor” hərbi rütbəsi də daxil olmaqla vəzifələr nəzərdə tutulan zabitlərin keçirilməsi də həmin qaydada həyata keçirilir.
“Polkovnik” hərbi rütbəsi də daxil olmaqla müvafiq vəzifələrə təyin edilən zabitlərin korpuslararası yerdəyişməsi də bu səlahiyyətə daxildir.
