Xidmət müddəti müəyyən edilmiş yerlərdə hərbi xidmət keçən qulluqçular müəyyən olunmuş qayda və müddət çərçivəsində xidmət yerlərini dəyişirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Yüksək vəzifəyə təyin olunma və ya təhsil almağa göndərilmə kimi hallarda xidmət müddəti başa çatmadan da yerdəyişmə həyata keçirilə bilər.
Digər zəruri hallarda da hərbi qulluqçunun müəyyən edilmiş xidmət müddəti tamamlanmamış xidmət yerinin dəyişdirilməsinə yol verilir.
Beləliklə, xidmət yerinin dəyişdirilməsi həm planlı, həm də xidməti zərurətdən irəli gələn hallarda mümkün olur.
