Zabitlərlə komplektləşdirilən vəzifələrə hərbi qulluqçuların təyin edilməsi üzrə səlahiyyətlər vəzifənin hərbi rütbəsinə uyğun müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Kapitan rütbəsi daxil olmaqla vəzifələrə təyinat korpus və diviziya komandirlərinə, habelə onlara bərabər və yuxarı səlahiyyətli şəxslərə verilib.
Mayor və polkovnik rütbələri daxil olmaqla vəzifələrə təyinat üzrə səlahiyyətlər isə müvafiq icra hakimiyyəti orqanına aid edilib.
Ali zabitlərin tutmalı olduğu hərbi vəzifələrə təyinat və xidmət yerinin dəyişdirilməsi də müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.