Yaxın qohumluq və qudalıq əlaqəsində olan hərbi qulluqçuların eyni hərbi hissədə xidmət etməsinə müəyyən hallarda icazə verilmir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Bu məhdudiyyət onların bir-birinin tabeliyində və ya nəzarəti altında olması ilə bağlıdır. Qadağa valideynlərə, ər-arvadlara, bacı-qardaşlara, oğul və qızlara, eləcə də ər-arvadın bacı-qardaşlarına, valideynlərinə və uşaqlarına şamil olunur. Məqsəd xidmət münasibətlərində maraqlar toqquşmasının və tabeliklə bağlı problemlərin qarşısının alınmasıdır.
