Cinayət törətdiklərinə görə hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri müəyyən qaydada bərpa edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Rütbənin bərpası məhkəmənin qərarı əsasında həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatı tələb olunur. Rütbəni vermək hüququ olan vəzifəli şəxslər məhkəmə qərarı əsasında həmin hərbi rütbəni bərpa edirlər.