Məhkəmə tərəfindən azadlıqdan məhrum edilməyə məhkum edilənlər istisna olmaqla, rütbədən məhrum edilmiş şəxslər sülh dövründə əsgər kimi ehtiyata buraxılır. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu qaydadan istisna edilir. Müharibə dövründə isə həmin şəxslər hərbi xidmətdə saxlanılmaqla müvafiq əsgər və matros vəzifələrinə keçirilirlər. Beləliklə, hərbi rütbədən məhrum etmə şəxsin xidmət statusuna da təsir göstərir.