Vağzallarda kompleks təhlükəsizliyin təmin edilməsi üçün mühəndis sistemlərinin idarə olunmasının struktur sistemi yaradılmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Mühəndis sistemləri monitorinq, yanğınla mübarizə və fövqəladə hallarda təxliyənin idarə edilməsi sistemləri ilə birlikdə fəaliyyət göstərməlidir. Mühafizə və həyəcan siqnalizasiyası, mühafizə televiziyası və mühafizə işıqlandırılması da bu sistemlərlə əlaqələndirilməlidir. Vağzalların layihələndirilməsi zamanı əlavə təhlükəsizlik sistemləri və antiterror texniki vasitələri nəzərdə tutulmalıdır. Antiterror tədbirlərinin təşkilində “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn normativ tələblər nəzərə alınmalıdır.