Sərnişinlərə xidmət göstərən inzibati otaqlar vestibül və gözləmə zallarının yaxınlığında yerləşdirilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Vağzalın digər inzibati, texniki və xidməti otaqları bir blokda layihələndirilməli və onlar üçün ayrıca giriş təşkil edilməlidir. İnzibati və texniki xidmət heyətinin otaqlarının sahəsi ən böyük iş növbəsinin sayına uyğun olaraq TNvəQ 2.08.02 əsasında müəyyən edilir. Şəhərlərarası və şəhərətrafı sərnişin bilet kassaları təcrid edilmiş ayrıca kabinə şəklində təşkil edilməlidir. Kassalar müasir bilet-kassa qurğuları ilə təchiz olunmalı, kassirlərin rahat və fasiləsiz işləməsi üçün zəruri şərait yaradılmalıdır.
