Normativ hüquqi aktlarda mütləq göstərilməli məlumatların siyahısı müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Hər aktda onun növü və hüquqi tənzimləmə predmetini əks etdirən adı göstərilməlidir.
Sənəddə qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi də əks olunmalıdır.
Həmçinin səlahiyyətli şəxsin adı, vəzifəsi və imzası da məcburi rekvizit hesab edilir.