Normativ hüquqi aktların struktur elementlərinin nömrələnməsi ilə bağlı tələb müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Bütün struktur elementləri akt üzrə ardıcıl və eyni qaydada nömrələnməlidir.
Mətn daxilində hissə, bənd, yarımbənd və abzasa istinad edilərkən onlar maddə kimi adlandırılacaq.
Xüsusi hallar istisna olmaqla fərqli işarələrdən istifadə edilməsinə yol verilməyəcək.