Prezident İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşü çərçivəsində dövlət başçısına “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib.

Heftelik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.

Prezident İlham Əliyevə vəsiqəni Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev təqdim edib.