Prezident tərəfindən qəbul edilən normativ sənədlərin təsdiqi qaydası da müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Əsasnamələr, nizamnamələr, qaydalar və digər normativ sənədlər fərmanla təsdiq edilir.
Qəbul edilən fərmanda istinad olunan Konstitusiya maddəsi göstərilməlidir.
Həmçinin aktın həmin maddənin icrası məqsədilə qəbul edildiyi qeyd olunmalıdır.
