Sərnişinlərə xidmət göstərmək üçün inzibati otaqlar vestibül və gözləmə zallarının yaxınlığında yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Vağzalın digər inzibati, texniki və xidməti otaqları bir blokda layihələndirilməlidir.
Bu otaqlar üçün ayrıca giriş təşkil edilməli və onlar vağzal binasında yerləşdirilməlidir.
İnzibati və texniki xidmət heyətinin otaqlarının sahəsi ən böyük iş növbəsinin sayına uyğun müəyyən edilir.
Bu zaman TNvəQ 2.08.02 tələbləri və layihə tapşırığı nəzərə alınmalıdır.
