Vağzal binalarının müxtəlif təyinatlı otaqlarının hündürlüyü onların funksiyasına uyğun müəyyən minimum göstəricilərdən az olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Sərnişin otaqları və zallar, o cümlədən yeraltı məkanlar üçün hündürlük ən azı 3,6 metr qəbul edilməlidir.
Kiçik və orta vağzallarda kondisioner sistemlərinin maşın otaqları üçün bu göstərici 4,5 metr, böyük vağzallarda isə 6,5 metrdir.
Digər yerüstü, o cümlədən texniki məkanların hündürlüyü ən azı 2,5 metr, zirzəmidəki ventilyasiya kameralarının hündürlüyü isə 4,2 metr olmalıdır.
Yeraltı məkanlardan və vağzalın yerləşdiyi torpaq sahəsindən istifadə zamanı müvafiq tikinti normativlərinin tələbləri nəzərə alınmalıdır.
