Yanğın avtonərdivan və avtoqaldırıcılarının vağzal binasına yalnız bir tərəfdən yaxınlaşmasına müəyyən hallarda yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu halda bina müvafiq yanğından mühafizə sistemlərinin bütün kompleksi ilə təchiz edilməlidir.
Həmçinin yanğın texnikası ilə iki tərəfdən yanaşılan mənzillər və ofislər kimi yerləşgələrin olması nəzərdə tutulur.
Digər halda mərtəbələr üzrə lociyaları və ya balkonları birləşdirən xarici pilləkənlər qurulmalıdır.
Koridor sistemli planlaşdırmada isə 3-cü tip pilləkənlərin yaradılmasına yol verilir.
