Vağzal atriumlarında tüstü qapaqlarının açılması bir neçə idarəetmə üsulu ilə təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Tüstü qapaqları tüstü-yanğın siqnalizasiya cihazlarından daxil olan siqnallar əsasında avtomatik açıla bilməlidir.
Onların məsafədən avtomatik və pilləkən qəfəsində quraşdırılan düymə vasitəsilə idarə edilməsi də nəzərdə tutulmalıdır.
Qapaqların əl ilə açılması imkanı da təmin edilməlidir.
Atrium örtüyündəki qapaqların açılmasına atmosfer yağıntılarının mane olmaması tələb edilir.
