Vağzal kompleksi ərazisinin yaxınlığından keçən sıxılmış karbohidrogen qaz boru kəmərlərinə qədər minimum məsafələr borunun diametrindən asılı olaraq müəyyən ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Şərti diametri 150 millimetrədək olan boru kəmərləri üçün vağzal kompleksindən minimum məsafə 1000 metr təşkil edir.
Diametri 150-300 millimetr arasında olan boru kəmərləri üçün bu məsafə 2000 metr müəyyənləşdirilib.
Diametri 300-400 millimetr olan boru kəmərləri isə vağzal kompleksindən ən azı 3000 metr məsafədə yerləşməlidir.
Bu tələblər vağzal komplekslərinin sıxılmış karbohidrogen qaz boru kəmərlərinin mümkün təhlükəsindən qorunmasına yönəlib.
