Vağzallarda daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının ərazi bölmələri üçün xidməti otaqlar layihə tapşırığı əsasında nəzərdə tutulmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Xidməti otaqlar gözləmə zalına bitişik yerləşdirilməli və perrona çıxışla layihələndirilməlidir. Dövlət sərhəd-keçid məntəqələrində sanitariya-karantin nəzarəti üçün sanitariya-nəzarət məntəqəsi, sərhəd-karantin postu və sanitariya dayanacağı nəzərdə tutulmalıdır. Gömrük-keçid məntəqələrinin yerləşdirilməsi layihə tapşırığı ilə müəyyən edilir. Sərnişinlərin əl yüklərinin yoxlanılması məntəqələri beynəlxalq və şəhərlərarası daşımalarla yanaşı sürətli və yüksək sürətli qatarların texnoloji xətlərinə yaxın yerləşdirilməlidir.
