Vağzal komplekslərində təhlükəsiz istismar şəraitinin yaradılması və qadağan olunan hərəkətlərin qarşısının alınması üçün xüsusi tədbirlər görülməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Terror və cinayət xarakterli təhdidlərin fövqəladə vəziyyətə səbəb olmasının qarşısının alınması əsas məqsədlərdən biridir. Kompleks təhlükəsizlik və antiterror mühafizəsi mühəndis-texniki və xüsusi tədbirlər vasitəsilə təmin edilməlidir. Vağzal binalarının mühəndis sistemlərinin idarə olunması və monitorinqi fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı sistemlərin qarşılıqlı fəaliyyətini təmin etməlidir. Bu sistemlərin layihələndirilməsi zamanı fövqəladə hallara uyğun istismar alqoritmləri nəzərə alınmalıdır.