Rütbədən məhrum edilmiş gizir və miçmanların hərbi xidmətlə bağlı statusu ayrıca müəyyənləşdirilib. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Həqiqi hərbi xidmətə qəbul edilənədək müddətli xidmət müddətini bitirməyən hərbi qulluqçular əsgər və matros vəzifələrinə keçirilirlər. Qadın hərbi qulluqçular bu qaydadan istisna edilir. Həmin hərbi qulluqçular daha sonra öz yaşıdları ilə birlikdə ehtiyata buraxılırlar.