Həqiqi hərbi xidmətdə olan müəyyən kateqoriyadan hərbi qulluqçuların rütbələri intizam cəzası kimi bir pillə aşağı salına bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Bu qayda əsgər, matros, kursant, kiçik gizir, kiçik miçman və kiçik leytenant rütbələrinə şamil edilmir. Ali zabitlərin rütbələrinin aşağı salınması və sonradan bərpası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Digər hərbi qulluqçuların rütbəsi isə İntizam Nizamnaməsində nəzərdə tutulan səlahiyyətli rəisin qərarı ilə aşağı salına bilər.