Hərbi qulluqçuların xidməti əvəzçilik qaydasında hərbi hissə, idarə, müəssisə və təşkilatlarda vəzifəyə təyin olunmasına yol verilmir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Hərbi qulluqçuların əsas daimi işi ilə yanaşı digər pullu iş yerinə yetirməsi də, qanunvericiliklə müəyyən edilən istisnalar nəzərə alınmaqla, qadağandır. Ştatdankənar hərbi senzor vəzifələrinə əvəzçilik üzrə təyinat isə müvafiq Əsasnaməyə uyğun həyata keçirilə bilər. Belə əvəzçilik yalnız qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının icazə verdiyi müstəsna hallarda mümkündür.