Hərbi qulluqçuların xidmət yeri yuxarı vəzifəyə irəli çəkilmə, bərabər vəzifəyə keçirilmə və digər müəyyən edilmiş hallarda dəyişdirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Xidmət yerinin dəyişdirilməsi təhsil müəssisəsinə daxil olmaq və təhsili başa vurmaqla əlaqədar da həyata keçirilə bilər.
Aşağı vəzifəyə keçirilmə isə Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulan əsaslarla mümkündür.
Bu barədə qərarı hərbi qulluqçunun birbaşa rəislərinin fikri nəzərə alınmaqla müvafiq komandir və ya rəis qəbul edir.
