Hərbi qulluqçular bir sıra hallarda yuxarı vəzifədən aşağı vəzifəyə keçirilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Belə hallara ştatların ixtisarı, səhhət vəziyyəti, işgüzar və mənəvi keyfiyyətlərin nəzərə alınması, intizam cəzası, həmçinin hərbi qulluqçunun razılığı ilə yaş və ailə vəziyyəti daxildir.
Ştatların ixtisarı, səhhət, yaş və ailə vəziyyəti ilə bağlı aşağı vəzifəyə keçirilmə zamanı müvafiq şərtlər nəzərə alınır.
İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə isə buna səlahiyyəti olan rəislər tərəfindən həyata keçirilir.
