Hərbi qulluqçular Silahlı Qüvvələrin müxtəlif növləri arasında da keçirilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının belə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir.
Gizirlər, miçmanlar və ali zabit vəzifələrində xidmət edənlər istisna olmaqla zabitlərin də növlərarası yerdəyişməsi həmin orqan tərəfindən həyata keçirilir.
Ayrı-ayrı müddətli hərbi qulluqçuların xidmət müddəti dəyişdirilmədən keçirilməsi isə qarşılıqlı razılaşma əsasında mümkündür.
