Hökumətlərarası beynəlxalq müqavilələrin hüquqi qüvvəsi ilə bağlı qayda müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Bu müqavilələr onların məcburiliyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan üstün hüquqi qüvvəyə malikdir.
Beynəlxalq müqavilələr, zəruri hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir.
Bu yanaşma beynəlxalq öhdəliklərin operativ icrasını təmin edir.
