Normativ hüquqi aktların adlarına dair yeni tələblər müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Hər bir akt onun hüquqi tənzimləmə predmetini və əsas mahiyyətini əks etdirən ada malik olmalıdır.
Dəyişiklik və ya ləğv nəzərdə tutulan hallarda müvafiq aktların adları göstərilməlidir.
Bu qayda hüquqi sənədlərin daha aydın müəyyən edilməsinə xidmət edir.
