Məcəllələşdirilmiş normativ hüquqi aktların quruluşu ilə bağlı tələblər müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Belə aktlar ümumi və xüsusi hissələrdən ibarət ola bilər.
Ümumi hissədə əsas müddəalar, anlayışlar və prinsiplər öz əksini tapmalıdır.
Burada həmçinin ilkin hüquqi normalar və ixtisaslaşdırılmış müddəalar da yer alır.