Dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların və ictimai birliklərin vəzifələrini nəzərdə tutan aktlarda məsuliyyət tədbirləri göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Bu tələb digər hüquqi şəxslərə və onların vəzifəli şəxslərinə, habelə fiziki şəxslərə aid vəzifələri nəzərdə tutan aktlara da şamil edilir.
Əgər həmin vəzifələrin pozulmasına görə qüvvədə olan qanunvericilikdə məsuliyyət nəzərdə tutulmayıbsa, aktda məsuliyyət tədbirləri göstərilməlidir.
Beləliklə, vəzifələrin icrasının təmin edilməsi üçün hüquqi məsuliyyət mexanizmi müəyyənləşdirilir.