Dövlət proqramları və normativ hüquqi akt layihələrinin hazırlanması planları müəyyən edilmiş qaydada təsdiq və dərc edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Sənədlər onları təsdiq etmiş normayaratma orqanlarının aktları üçün nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir.
Təsdiq edilmiş dövlət proqramları və layihələrin hazırlanması planları məlumat üçün əlaqədar dövlət orqanlarına göndərilir.
Bu tələblər normayaratma fəaliyyətinin planlaşdırılması üzrə işdə aşkarlığın təmin edilməsinə xidmət edir.