Normayaratma orqanının qərarı ilə normativ hüquqi akt layihəsi məcburi ekspertizadan əlavə digər ekspertizalardan da keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Belə qərarı qanunvericilik aktları ilə səlahiyyət verilmiş digər dövlət orqanı da qəbul edə bilər.
Əlavə ekspertizalara maliyyə, iqtisadi, ekoloji və kriminoloji ekspertizalar aid edilir.
Bu ekspertizaların keçirilməsi layihənin müxtəlif istiqamətlər üzrə qiymətləndirilməsinə imkan verir.
