Bışaqlanan Yeni Partiyanın Qaziantep millət vəkili Melih Meriçin son durumu açıqlanıb.

Heftelik.az xəbər verir ki, bu barədə Qaziantep valisi Kamal Çeber məlumat verib.

Vali deyib ki, Melih Meriç xəstəxanada təcili əməliyyat olunub, hazırda vəziyyəti yaxşıdır.

***

saat 21.16

Türkiyədə deputat bıçaqlanıb.

Heftelik.az xəbər verir ki, Yeni Partiyanın Qaziantep millət vəkili Melih Meriç CHP Oğuzeli rayon təşkilatının keçmiş sədri Seydi Ahmet Keleş tərəfindən bıçaqlanıb.

Özgür Özəllə birlikdə Yeni Partiyaya keçdiyi bildirilən Seydi Ahmet Keleşin bıçaqladığı Melih Meriç xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Qaziantep valisi Kamal Çeber Yeni Partiyanın millət vəkili Melih Meriçin bıçaqlı hücum nəticəsində yaralandığını təsdiqləyib.