Abşeronda tanınmış vəkil saxlanılıb.

Heftelik.az Unikal-a istinadən xəbər verir ki, Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində çox sayda vətəndaş şikayətinin olduğu bildirilir. Amma vəkilin tam olaraq hansı səbəbdən saxlanılması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.